Image Slider

Fabrik

Azərbaycanın Şimal bölgəsində, Xaçmaz şəhərində fəaliyyətə başladığı gündən inkişaf yoluna qədəm qoymuş Qafqaz Konserv Zavodu Keyfiyyətli məhsul istehsal etmə yönündə daim yüksəliş pillələri ilə irəliyə addımlamaqdadır. Müəssisədə 350-dən artıq işçi çalışır ki, bu da Xaçmaz bölgəsinin inkişaf amillərindən biridir. Qafqaz Konserv Zavodu 08/11/2005-ci tarixindən etibarən TS ISO-EN-9001:2000 Keyfiyyət İdarə Etmə Sistem Sertifikatına sahibdir (Sertifikat № KY-4187/05) və bütün sənədləşmə , eyni zamanda istehsal proses işlərini Azərbaycan Respublikasının Qanunvericiliyinə əsaslandırmaq şərti ilə Beynəlxalq normalar çərçivəsində həyata keçirir. Qafqaz Konserv Zavodunun rəhbərliyi istehsal olunan məhsulların keyfiyyəti ilə bağlı bütün standartların (DÜST, QOST, TSE) tətbiqi sahəsində lazımi əməliyyatlar aparmaqdadır. “Qafqaz Konserv Zavodu” Britaniya Satış Birliyinin daha təhlükəsiz ərzaq istehsalının təmin edilməsi məqsədi ilə yaratdığı BRC (British Retail Consortium) Global Standartının “A grade” səviyyəsinə layiq görülmüşdür. BRC Global Standartları –qida məhsullarının istehsalı, qablaşdırılması, daşınması və saxlanması, həmçinin istehlak məhsullarının istehsalı ilə məşğul olan şirkətlərə tələbləri müəyyən edir. Bu standart pərakəndə satış və digər müəsisə rəhbərlərinin öz təhcizatçılarını qanunvericilik baxımından qiymətləndirilməsində istifadə olunur. Daim keyfiyyətli məhsul və xidməti ilk hədəf olaraq seçmiş Qafqaz Konserv Zavodu istehsal kəmiyyəti cəhətdən də yüksək inkişafa malikdir.

 

 

 

Go to the top